əyani

230 AZN

6 ay

Game Development kursu

Oyun oynamağı sevirsən? Özün oyun yaratmaq istəyirsən? O zaman sən doğru ünvana gəlmisən :) Game Developer (oyun proqramçısı) sənətinə sahib ol, sevdiyin işlə məşğul ol və bu iş sənə bol qazanc gətirəcək. Arzularına çatmaq üçün "Game Developer" kursuna yazıl və cəmi 6 ay ərzində oyunların hazırlanması üzrə mütəxəssis ol!

game development

Bu kursda nə öyrənəcəksiniz?

Unity

C# (C-Sharp)

Blender 3D

Oyunların hazırlanması - IT sahəsində yeni bir sahədir və oyun sevənlər üçün sevdiyi işi qazanca çevirmək üçün əla bir fürsətdir. 

 

Bu kurs ərzində siz müxtəlif janrlarda oyunlar hazırlamağı öyrənəcəksiniz: Action, Shooter, Quest, Adventure, RPG, Running, Sulumator və s. Sizə Unity platformasında oyunların hazırlanmasını öyrədəcəyik. Proqramlaşdırma dili olaraq C# (C-Sharp), dizayn üçün isə Blender 3D proqramı ilə çalışmağı öyrənəcəksiniz.

 

Kursu bitirdikdə siz artıq bütün populyar cihazlar və platformlar üçün oyunlar hazırlaya biləcəksiniz: PC, Playstation, Xbox, Mac, Linux, Android, IOS. 

 

İlk oyununu hazırlamaq istəyirsən? O zaman vaxty itirmə, bizə zəng et, kursa yazıl və sonsusca maraqlı və dərin Oyun Proqramlaşdırması dünyasına ilk addımlarını bizimlə birlikdə atmağa başla!

Kursun Proqramı

Game Development kursu

1-ci ay

    •  Unity və Visual Studio quraşdırılması
    • Unity ara-üz
    • Unity səhnələr və cisimlər
    • C# dəyişənlərin tipləri
    • Unity C# əsas funksiyalar
    • C# operatorlar
    • C# dövrlər və metodlar
    • C# list və arraylər
    • Unity AssetStore və hazır Assetlərlə işləmək

2-ci ay

    • Blender ara-üz
    • Blender 3D model məntiqi, əsasları
    • Blender 3D modelin qurulması yolları
    • Blender UV mappin
    • Substance painter ara-üz
    • Substance painter’də Texture-ləri yaratma
    • Substance painter’də Export etmək

     

3-cü ay

    • Blender 3D modelin LOD komponentləri
    • Blender Materiallarla işləmək
    • Blender Modelləri rigləmək
    • Blender Animasiyalarla işləmək
    • Blender Ölçü vahidləri, pivot nöqtəsi
    • Blenderin konstruksiyaları
    • Blender 3D modelin Unity- yə export edilməsi

     

4-cü ay

    • Unity C# komponentlər
    • Unity C# idarəetmə sistemləri
    • Unity C# cismin lokasiyası, rotasiyası və onlar üzərində əməliyyatlar
    • Unity C# açar sözlər
    • Unity C# collider
    • Unity C# rigidBody
    • Unity C# zamanla işləmək
    • Unity effektləri(ParticleEffect)
    • Unity səslər

5-ci ay

    • Unity animasiyalar
    • Unity animation controller
    • Unity Navigation və AI sistemi
    • Unity physics(Ray, Cloth, Line, RayCast ves)
    • Unity C# cisimlər arasında əlaqə
    • Unity World design
    • Unity PostProcessing
    • Unity kamera və işıqlar
    • Unity Load-Save sistemi(PlayerPrefs)

6-cı ay

    • Unity səhnələr arası keçid və data transferi
    • Unity UI Canvas və panellər
    • Unity UI button
    • Unity UI Toggle, Slider
    • Unity UI Text TextMeshPro, Image
    • Unity Optimizasiya
    • Unity SDK, JDK, NDK, gradle uyğunluğu
    • Unity layihəni uyğunlaşdırma
Tələbələrə8%Endirim
Aylıq ödəniş: 6 ay

əyani

230 AZN

Game Development kursu

Proqramlaşdırma kursları, IT kursları üçün qeydiyyatdan keçin və ya pulsuz məsləhət alın

proqramlaşdırma kursları