Git alias

Git alias

10.02.2023

1627

Salam!

Bu gün mən sizə git add commit push aliasını necə konfiqurasiya edəcəyinizi göstərmək istəyirəm. Ssenari belədir, git-də məşhur olan add commit push əmrini qısaltmağın bir yolu varmı. Bir məqalədə bunun mümkün olmadığı yazılıb. Ancaq əslində bu mümkündür. Və sadəcə olaraq bizim .gitconfig faylımıza alias əlavə etməliyik (əslində bu, bizim deyil, amma onu bizim adlandırmaq olar) .Əvvəlcə baxaq ki, .gitconfig-də hər hansı alias varmı? Bunun üçün terminalda aşağıdakı əmri yazmalıyıq: 

git config --global -l

 

Yəqin ki, istifadəçi adınız və e-poçtunuz ora yazılmışdır. Əgər siz hər hansı alias əlavə etmisinizsə, o zaman yəqin həmin ləqəbləri də görmüsünüz. Əgər görməmisinizsə deməli əlavə etmək üçün doğru ünvandasınız. O zaman biz getdik alias əlavə etməyə 💪

Bunu etməyin 2 yolu vardır:

1. .gitconfig faylından dəyişmək

2. git config --global alias.aliasName "yourCommand" əmri

Bizim istifadə edəcəyimiz ikinci yol olacaq. Məsələn,git config --global alias.addAll "git add ."Bu əmri yerinə yetirdikdən sonra yeni alias .gitconfig faylınıza əlavə olunacaq. (aşağıdakı şəkildə bütün ləqəblərimi görürsünüz)

aliases

Bu arada, gördüyünüz kimi, mən -c http.sslVerify=false əlavə etmişəm, çünki işdə kodlarımı repoma göndərə bilmirəm və ona görə etdim. Siz sadəcə git push yaza bilərsiniz. Biz bir əmrin aliasını yaratdıq. Ancaq bir neçə əmr üçün alias yaratmaq istəsək, bu şəkildə edə bilmərik. Məhz buna görə də məqalədə deyilirdi ki, bu səbəbdən birdən çox əmr yazmaq mümkün deyil, lakin bunu başqa üsulla da etmək olar. Gəlin bu yolu "function_style" yolu adlandıraq:

        1. .gitconfig faylınızı açın

        2.  Bu sətir aliasdan sonra əlavə edin. Mən necə etdim və siz bunu əvvəlki şəkildə görürsünüz.

 

addcompush = "!f() { git add . ; git commit -m \"$1\" ; git  push ; }; f"

 

Mən aliasın adını addcompush qoydum. Aliasın işlədilməsi bu formada olacaq:

 

git addcompush "commit mesajınız"

 

Bu günki məqaləmizdən bu qədər. Növbətisində görüşənədək 👋