24.02.2023
2135
Hər birinizə salamlar🖐️. Bu gün sizlərə JavaScript ilə istifadəçidən dəyər almağın yollarını izah etməyə çalışacam. Ümid edirəm hər bir detalı aydın izah edirəm, əgər hər hansısa bir sualını yaranarsa rəy bölməsində yazmağı unutmayın. Xoş oxumalar :)
“İstifadəçidən dəyər almaq” demək, bir proqramın istifadəçidən bir dəyər, məlumat və ya input almaq üçün hazırlandığı anlamına gəlir. Bu proses, proqramın dinamik və interaktiv olmasını təmin edir. Məsələn, bir JavaScript proqramı istifadəçidən ad və soyad kimi məlumatları daxil etməsini, bir məlumat bazasına yazdırmaq üçün istifadə edilə bilər. Buna əlavə olaraq, bir e-poçt proqramı istifadəçidən e-poçt ünvanı, mövzu və mətn kimi məlumatları almaq üçün istifadə edilə bilər.
Digər proqramlaşdırma dillərində məsələn C++’da (cin >> ) , Python’da(input()) və.s ilə istifadəçidən dəyər ala bilirik. Bəs proqramlaşdırma dillərinin arasında ən məşhurlardan olan JavaScript-də bu necə baş verir gəlin ona baxaq.
JavaScript ilə istifadəçidən dəyər almaq prompt() funksiyası ilə baş verir. Gəlin bir kod üzərində bunu daha yaxşı anlayaq:
Gördüyünüz kimi biz, prompt() funksiyasını çağırdıqda tooltip(açıqlama) hissəsində bizə bir yazı çıxır. Bu tooltip-də bizə deyilir ki, prompt() funksiyası iki parametr götürür, birincisi hər hansı bir mesaj(yəni bizim yazacağımız), ikincisi isə default olaraq verəcəyimiz dəyərdir. İndi isə bura nəsə yazaq və brauzerdə bunun necə işlədiyini görək.
Prompt funksiyasının yazılması:
Brauzerdə görünüşü:
Gördüyünüz kimi proqramı çalışdıqda bizə bir mesaj və bir default dəyər gəldi. Prompt funksiyası belə işləyir. Sizin inputa daxil edəcəyiniz dəyər geri qayıdır. Biz həmin dəyərə çatmaq istəyiriksə, bu funksiyanı console-a verməliyik. Gəlin şəkillərlə göstərək:
Proqram çalışdığı zaman mən “OK” düyməsinə click etdim və ekranda 20 yazısını çıxartdır. Amma burada bir önəmli məqam vardır ki, prompt funksiyasından bizə qayıdan dəyər həmişə string tipindədir. bunu yoxlamaq üçün prompt funksiyasını hər hansı bir dəyişənə bərabər edəcəm və həmin dəyişənin tipini console-a verəcəm:
Gördüyünüz kimi prompt-dan qayıdan dəyər string tipində olur. Prompt funksiyasından əlavə olaraq bizdə alert() və confirm() funksiyaları da var. Alert() funksiyası istifadəçiyə hər hansı bir bildiriş çıxarmaq üçün istifadə olunur. Gəlin buna kod üzərində baxaq:
Brauzerdə görünüşü:
Confirm() funksiyası isə istifadəçiyə bir mesaj çıxarır və iki seçim verir. Ya “OK” düyməsinə click etmək, ya da “Cancel” düyməsinə click etmək. “Ok” düyməsinə click etdikdə bizə true dəyəri, “Cancel” düyməsinə click etdikdə isə false dəyəri qayıdır. Gəlin kod üzərində buna baxaq:
Brauzerdəki görünüş:
Ok-a klikləyəndən sonra konsola true dəyəri, cancel-ə klikləsək false dəyəri çıxacaqdır:
Bura qədər gəldinizsə ümid edirəm ki, artıq prompt() , alert() və confirm() funksiyalarını anladınız. Sizə kiçik bir tapşırıq olaraq bunu verirəm👇:
Bu kişik alqoritm tapşırığını şərt bloklarından da istifadə edərək yazmağa çalışın. Yazdığınız kodu JET Academy ilə əlaqə saxlayıb mənə göstərə bilərsiniz. Həll yolunuz çooox maraqlıdır!
Bu günlük bu qədər, növbəti məqalələrdə görüşənədək👋😊