Seminar: Python sizin üçün hansı yolları açacaq

Seminar: Python sizin üçün hansı yolları açacaq

18.11.2023

550

18 Noyabr tarixində, JED Academy Gənclik filialında "Python sizin üçün hansı yolları açacaq" adlı seminar keçirildi. Seminarda müzakirə olunan mövzular ilə aşağıda tanış ola bilərsiniz:

 

1. Python üzərində qurulmuş real layihələr: avtomatlaşdırma, data analitikası və digər məqsədlər üçün Python üzərində qurulmuş real layihələr haqqında;

 

2. Data Science və Python: məlumat elmləri üzrə mütəxəssislər və analitiklər arasında Python dili necə populyarlıq qazanmış oldu.

 

3. Python ilə veb proqramlaşdırma: Python-un veb sahəsində olan rolu haqqında;

 

4. Süni intellekt (AI) və Maşın öyrənməsində (Machine Learning) sahələrində Python dilinin rolu haqqında məlumat;

 

5. Avtomatlaşdırma və Scripting: Python avtomatlaşdırma proseslərində və skriptlərin hazırlanmasında necə istifadə olunur;

 

6. Kibertəhlükəsizlik və Etik Hacking: Python dilinin təhlükəsizlik sahəsində rolu və istifadəsi haqqında müzakirə (Cybersecurity, Ethical Hacking, Penetration Testing, Network Security Applications);

 

7. Uğurlu Təcrübələr və Strategiyalar: proqramlaşdırma sahəsində Python ilə uğurlu keyslər və təcrübələr, kodun optimizasiyası və debug (code optimisation and debugging), layihələrin idarə edilməsi (project management) haqqında.

 

8. Python İcması (community) və Resurslar. Python səyahətinizə kömək edə biləcək Python icması, onlayn resurslar və alətlər haqqında məlumat.

 

Spiker: Python üzrə mütəxəssis Məmmədəli Məmmədəliyev.