Fullstack təcrübə proqramı

Full-Stack Təcrübə proqramı

Full-Stack təcrübə proqramımızda iştirak edərək siz nə əldə edəcəksiniz:

 

✔️ Real iş mühitində, real layihələr üzərində çalışaraq, real iş təcrübəsi əldə edəcəksiniz;
✔️ Portfolio formalaşdırmış olacaqsınız;
✔️ Təcrübəli developerlər tərəfindən daim dəstək alacaqsınız;
✔️ İş intervyularından uğurla keçmək üçün tərəfimizdən dəyərli məsləhətlər və dəstək alacaqsınız, intervyu simulyatorlarımızda iştirak edəcəksiniz;
✔️ İş yeri tapmaq üçün yeni əlaqələr və imkanlar əldə edəcəksiniz;
✔️ Təcrübənizi təsdiq edən sertifikat əldə edəcəksiniz;
✔️ Zəif nöqtələrinizi gücləndirəcəksiniz və texniki intervyularda özünüzü daha əmin hiss edəcəksiniz;
✔️ Təcrübə proqramını keçdiyinizi təsdiq edən sertifikat alacaqsınız.

 

----------

 

Təcrübə proqramının müddəti 4 aydır. Bu müddət ərzində siz müxtəlif layihələr üzərində çalışacaqsınız. Bu layihələr üzərində fərdi və komanda şəklində çalışarkən, siz bütün müasir Front-End və Back-End proqramlaşdırma texnologiyalarından istifadə edəcəksiniz:

 

Back-End texnologiyaları:

 

C# ASP.NET üzrə:

 

C#, ASP.NET, ASP.NET MVC CORE, SQL, MS SQL, T-SQL, ADO.NET, Entity Framework, ASP.NET WEB API | Node.js, Express.js, MongoDB, REST API | Git/Github, Docker.

 

 

Python Django üzrə:

 

Python, Django, SQL, PostgreSQL, Django Rest Framework, HTML, CSS, Javascript, Celery, Redis, RabbitMQ, Unittest, Pytest.

 

 

Node.js üzrə:

 

Node.js, Express.js, MongoDB, REST API, Github.

 

 

 

Front-End texnologiyaları:

 

HTML5, CSS3, SASS, Bootstrap, Tailwind CSS, JavaScript, TypeScript, jQuery, Ajax/Axios, REST API, React.js, Redux, Material UI, Next.js, Git/Github.

Full-Stack Təcrübə proqramı kimlər üçün nəzərdə tutulub:

1

Full-Stack proqramlaşdırma kurslarını bitirən, lakin təcrübəsi olmayan şəxslər üçün

2

Full-Stack sahəsini özü (self-study) öyrənənlər üçün

3

Full-Stack proqramlaşdırma biliklərini gücləndirmək istəyənlər üçün

4

İş intervyularında özünü daha əmin hiss etmək istəyənlər üçün

Full-Stack Təcrübə proqramı

1-ci ay

    Full-Stack təcrübə proqramının ilk ayı ərzində siz HTML, CSS Bootstrap texnologiyalarından istifadə edərək statik veb-saytlar üzərində çalışacaqsınız. Əlbəttə ki, sizə dizaynlar şəkil üzərində deyil, real iş mühitində olduğu kimi Figma üzərində veriləcək. Eləcə də Back-End üçün seçdiyiniz (bildiyiniz) proqramlaşdırma dili üzrə də işləyərək  ilkin biliklərinizi möhkəmləndirəcəksiniz. Layihəmizdə olan müəyyən çətin tapşırıqlar ilə ilkin biliklərinizi sınaya və həll yolu tapmadıqda isə mentorlarımızın dəstəyindən istifadə edə bilərsiniz.

     

2-ci ay

    Full-Stack təcrübəçilərimiz arasında "MVC ayı" ilə məşhur olan ikinci ayımızda sizinlə birlikdə Front-End hissəsi HTML,CSS,JavaScript ilə yazılan Back-End vasitəsilə həyata bəxş edəcəyik. Artıq proyektimiz statik səhifələr toplusu olmayacaq. Məlumatlar, səhifələr Back-End vasitəsilə generasiya edilib, istifadəçiyə göndəriləcək.

     

3-cü ay

    Üçüncü ay isə REST API-ə həsr edilib. Bir veb-sayt yığıb və yığacağınız layihələrə Back-End inteqrasiyası da etmiş olacaqsınız. Belə ki, REST API üzərindən məlumatları alıb, istifadəçilərə göstərə biləcək, eləcə də istifadəçidən məlumatlar alıb, Back-End hissəyə ötürəcəksiniz. Bununla da REST API-nin necə işlədiyini daha da aydın anlamış olacaqsınız. Bu da sizə REST API yaratmaq üçün çox vacibdir ki, növbəti ayımız da onun üçündür.

4-cü ay

    Dördüncü ayımızdayıq və siz REST API ilə işləyirsiniz. İndi isə sıra onu yaratmaqdadır. Front-End və mobil tətbiq yazan proqramçılarla rahat işləmək üçün, eləcə də digər Back-End servislərində işlədilə bilən: RESTfull WEB API-lərin hazırlanmasının üzərində işləyəcəksiniz. 


    Digər aylarda olduğu kimi, bu ayda da karyeranızın növbəti illərində qarşılaşa biləcəyiniz çətin tapşırıqlar olacaq ki, onların öhdəsindən indi gələ biləcəksiniz. Layihələri bitirdikdən sonra isə ən vacib növbəti bacarıq olan, layihələrinizi veb-serverlərə deploy etməyə (hər kəsə açıq şəkildə paylaşmağa) yiyələcəksiniz. Əlavə olaraq intervyu simulyatorumuzda isə özünüzü iş intervyularına hazırlamış olacaqsınız. Əgər dostlarınız ilə birlikdə gəlsəniz, komanda şəklində də layihələr işləyə biləcəksiniz. Tək gəlsəniz belə, narahat olmayın, burda qazanacağınız dostlar çoxdur.

     

Qeydiyyatdan keç

Kursu seçin Adınız və soyadınız E-mailiniz Əlaqə nömrəniz Zəng üçün sizə uyğun olan vaxtı seçin


Karyera dəstəyi

Portfolio hazırlanması

Kurs və Təcrübə proqramı ərzində hazırlayacağınız layihələri Portfolionuza və CV-nizə yerləşdirə biləcəksiniz

CV məsləhətləri və yönləndirmə

CV hazırlanması üzrə məsləhət veririk və hazır CV-nizi partnyor şirkətlərə təcrübə və iş üçün yönəldirik

İntervyu məsləhətləri

Sizə iş təklif edən şirkət ilə intervyu üçün hazırıayacayıq: özünüzü intervyuda necə aparmalısınız, suallara necə cavab verməlisiniz və digər məsləhətlər

İş üçün yönləndirmə

Kursu bitirdikdən sonra dərhal işə başlamaq çox önəmlidir. Bu məsələdə də biz sizə yardımçı olacağıq: iş imkanı üçün sizi əməkdaşlıq etdiyimiz şirkətlərə yönəldəcəyik

Təcrübə proqramı

Siz kursumuzun məzunu olduqdan sonra sizi təcrübə proqramı ilə təmin edəcəyik və ya təcrübə üçün partnyor şirkətlərə yönəldəcəyik

Texniki dəstək

Kurslarımızı bitirdikdən sonra belə biz 6 ay ərzində sizin yanınızda olacayıq. Əgər siz işə düzəldiyiniz şirkətdə hər hansı texniki çətinliklə üzləşsəniz, təlimçilərimiz sizə dəstək göstərəcəklər

Məzunlarımız

Məzunlarımızın “JED Academy” haqqında fikirləri ilə tanış olun

Pulsuz Konsultasiya

Tədris sahəsinin seçimi ilə bağlı çətinlik çəkirsinizsə, pulsuz konsultasiya xidmətimizdən istifadə edin. Biz sizə doğru seçim etməkdə yardımçı olacayıq



Tez-tez verilən suallar

Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz

JED Academy harada yerləşir?

Gənclik filialımızın ünvanı: Bakı ş., Olimpiya küçəsi 6A (Gənclik Mall yaxınlığında). Koroğlu filialımızın ünvanı: Bakı ş., Heydər Əliyev prospekti 187B, Sport Plaza, B bloku, 4-cü mərtəbə (Atletlər kəndi yaxınlığında).

Proqramlaşdırmanı öyrənmək üçün ingilis dili biliyi vacibdirmi?

İngilis dili biliyi B1/B2 səviyyəsində olmalıdır: ingilis dilində dokumentasiyanı rahat oxuyub başa düşməlisiniz. Yüksək səviyyəli proqramçı olmaq istəyirsinizsə, ingilis dili biliyiniz də yaxşı səviyyədə olmalıdır.

Online dərslər mövcuddurmu?

Bəli, dərslərdə istər əyani, istər online formatda iştirak edə bilərsiniz.

Kurslara neçə yaşdan qəbul edirsiniz?

16 yaşdan başlayaraq qəbul edirik, xüsusi hallarda 14-15 yaşdan da qəbul edə bilirik

Kursu bitirdikdən sonra sertifikat alacam?

Bəli, kurslarımızı bitirən məzunlarımızı sertifikat ilə təmin edirik. Kurslarımızı fərqlənmə ilə bitirən məzunlarımızı isə “Fərqlənmə sertifikatı” ilə təmin edirik.

Özümlə kompüter gətirməliyəmmi?

Əgər sizin şəxsi notbukunuz varsa, o zaman noutbukunuzu özünüzlə dərslərə gətirməlisiniz. Əgər noutbukunuz yoxdursa, o zaman biz sizi dərs zamanı masaüstü kompüter və ya noutbuk ilə təmin edəcəyik.

Kursu bitirdikdən sonra iş tapmaqda köməklik edirsinizmi?

Bəli, kurslarımızı uğurla bitirmiş məzunlarımızı əməkdaşlıq etdiyimiz şirkətlərə təcrübə və iş üçün yönəldiririk.

Təlimçilər barədə məlumat almaq istəyirəm.

Təlimçilərimiz bir neçə il təcrübəyə malik peşəkar proqramçılardır, onlar bank sektoru, texnoloji şirkətlər və digər biznes sahələri üçün bir çox proqram təminatı hazırlamış mütəxəssislərdir və bu sahədə böyük təcrübəyə malikdirlər. Sınaq dərslərimizdə iştirak edərək özünüz təlimçilərin bilik-bacarıq səviyyəsini, təcrübəsini və dərs metodikasını dəyərləndirə bilərsiniz.

Sınaq dərsinizdə iştirak etmək olarmı?

Bəli, sınaq dərslərimizdə iştirak edərək, özünüz dərs şəraiti, təlimçi və dərs metodikası ilə heç bir ödəniş etmədən tanış ola bilərsiniz. Sınaq dərsinə yazılmaq üçün bizimlə telefon və ya whatsapp üzərindən əlaqə saxlayın.

Digər kurslarımız

JED Academy-də siz proqramlaşdırma sahəsinin ən tələb edilən istiqamətləri üzrə təhsil ala bilərsiniz

Full-Stack təcrübə proqramı

Full-Stack sahəsini öyrənmisiniz, lakin təcrübəniz yoxdur? O zaman bu fürsəti mütləq dəyərləndirin. JED Academy-də keçirilən Full-Stack təcrübə proqramına qoşulun və real layihələr üzərində çalışaraq, real iş təcrübəsi əldə edin, portfolionuzu formalaşdırmağa başlayın.

 

Full-Stack təcrübə proqramında real layihələr üzərində çalışaraq, siz müxtəlif çətinliklər ilə üzləşəcəksiniz, səbəbi isə təcrübənizin olmamasıdır. Lakin bu barədə heç narahat olmayın, çünki bu hallarda siz dərhal biz tərəfdən dəstək alacaqsınız. Biz sizə kodun düzgün və qısa yol ilə yazılmasının bütün sirlərini açacağıq.

 

Full-Stack təcrübə proqramını bitirdikdə siz işə başlamaq üçün tam hazır olacaqsınız. Yaxşı təcrübəyə sahib olacaqsınız və portfolio əldə edəcəksiniz. Bundan əlavə olaraq, bizim intervyu simulyatorlarımızın hesabına, siz iş intervyularında verilən suallardan da xəbərdar olacaqsınız və bunun hesabına intervyulardan rahatlıqla və uğurla keçə biləcəksiniz. 

 

Təcrübə proqramını tam və uğurla bitirən şəxsləri sertifikat ilə də təmin edirik. Bu sertifikat da işə götürən şirkət tərəfindən əlavə bir üstünlük kimi dəyərləndiriləcək və əlavə olaraq mütəxəssislərimiz tərəfindən təsdiqlənmiş kadr kimi tövsiyyə ediləcəksiniz, CV-nizdə referans olaraq qeyd edə bilərsiniz.

 

Yuxarıda qeyd etdiyimiz bütün üstünlükləri əldə etmək üçün elə bugün Full-Stack təcrübə proqramına qoşulun, Full-Stack proqramlaşdırma üzrə biliklərinizi və təcrübənizi artırın!

 

JED Academy ilə bilikdə #yaratmağabaşla