Proqramlaşdırma sahəsində yüksək səviyyəli təhsil almaq istəyirsinizsə doğru ünvandasınız. JED Academy – Real Bilik, Real Təcrübə!
JED Academy heyəti təcrübəli IT mütəxəssilərdən və proqramçılardan ibarətdir. Bu mütəxəssislər bir araya gələrək yüksək keyfiyyətli tədris mərkəzi yaratmaq qərarına gəlmişdilər və beləliklə JED Academy yarandı.
Yarandığımız gündən bu günə qədər yüzlərlə məzun kurslarımızı uğurla bitirib və hal-hazırda yüksək səviyyəli mütəxəssis olaraq çalışırlar. Biz hər tələbəyə xüsusi diqqət və qayğı ilə yanaşırıq ki, buda bizi digər tədris mərkəzlərindən fərqləndirən ən önəmli amillərdən biridir
ƏtraflıJED Academy-də siz proqramlaşdırma sahəsinin ən tələb edilən istiqamətləri üzrə təhsil ala bilərsiniz
Bizi digər təhsil mərkəzlərindən fərqli edən üstünlüklər ilə aşağıda tanış olun və doğru seçim edin
Dərslər kiçik qruplarda keçirilir, qrupda 4-7 tələbə olur
Çox peşəkar və təcrübəli təlimçilərdən dərin bilikləri və geniş təcrübəni əldə etmiş olacaqsınız
Hər gün tədris + hər gün praktiki məşğələ metodu ilə seçdiyiniz sahəsi sürətlə öynəcəksiniz
Kursu bitirdikdən sonra tələbələrimizi təcrübə proqramı ilə təmin edirik və iş həyatına tez başlamaları üçün əməkdaşlıq etdiyimiz şirkətlərə yönəldirik
Sınaq dərslərimizdə heç bir ödəniş etmədən iştirak edib, tədrisimizin keyfiyyətini dəyərləndirə bilərsiniz
Dərimizdə istər əyani, həm online formatda iştirak edə bilərsiniz
Hər dərsdən sonra həmin dərsin video yazılarını əldə edəcəksiniz və istədiyiniz zaman həmin yazılara təkrar baxaraq, unutduğunuz mövzuları təkrarlaya biləcəksiniz
Tədrisimizə tam zəmanət veririk: əgər hər hansı mövzu və ya mövzular sizə tam aydın olmasa, həmin dərsləri sizə təkrar keçəcəyik
Karyera dəstəyi
Portfolio hazırlanması
CV məsləhətləri və yönləndirmə
İntervyu məsləhətləri
İş üçün yönləndirmə
Təcrübə proqramı
Texniki dəstək
Tədris sahəsinin seçimi ilə bağlı çətinlik çəkirsinizsə, pulsuz konsultasiya xidmətimizdən istifadə edin. Biz sizə doğru seçim etməkdə yardımçı olacayıq
“JED Academy”-də proqramlaşdırma və IT dərslərindən görüntülər. Əgər siz də peşəkar proqramçı və ya IT mütəxəssisi olmaq istəyirsinizsə
Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz
Təhsil haqqını rahatlıqla ödəmək üçün müxtəlif ödəniş üsullarından istifadə edə bilərsiniz
MilliÖn və eManat terminalları vasitəsilə
Mobil tətbiqlər üzərindən
Visa və Mastercard vasitəsilə
Texnologiya, IT və Proqramaşdırma sahələrində yeniliklər ilə marağlanırsınızsa, Bloqumuzu izləyin
Salam! Mən Hüseynağa Qurbanov. JED Academy-ni təsadüfən tapdığıma baxmayaraq gözləntilərimin artığını gördüm. Peşəkar müəllim və mentor sayəsində Backend-lə daha yaxından tanış oldum.
Tələbələrə həm müəllim, həm də dost kimi yanaşmaları, dərsin izahı, dərsi tam şəkildə mənimsəyənə qədər bizimlə məşğul olmaları, hər bir sualın pozitiv cavablandırılması tələbələri motivasiya edir.
Kurs axtaranlara məsləhətim budur ki, tam əminliklə bu kurslara qoşula bilərsiniz.
JED Academy-ə dərin təşəkkürlərimi bildirirəm!
Hüseynağa Qurbanov
C# Back-End
Mən İsa Sadıqov, JED Academy-də C# .Net Back-End proqramlaşdırma sahəsi üzrə təhsil alıram. Kurs haqqında sizə deyə bilərəm ki, kollektiv çox mehribandır. Müəllimlərdən İlkin və Əlinemət müəllim professional iş həyatına atılmağımız üçün lazım olan bilik və bacarıqları bizə öyrədirlər. Həmçinin tələbələr də bir-birinə çətinlik olduğu zaman köməklik edir.
Problemləri həll etmək üçün birlikdə müzakirə edirik və bu da tez həll olmağına səbəb olur. Kursda hər gün yeni işlər olur və daha da inkişaf etmək üçün kollektiv əlindən gələni edir, bu isə çox müsbət haldır.
Praktikalarda biliklərimizi təkmilləşdirmək üçün real layihələr üzərində işləmə imkanı da yaradılır bizə. Hərkəsə tövsiyə edirəm buranı. Hamıya uğurlar arzu edirəm. Təşəkkürlər JED Academy!
İsa Sadıqov
C# Back-End
Uzun müddət kurs axtarışlarından sonra dostumun məsləhəti ilə JED Academy-yə gəldim və dərslərdə iştirak etməyə başladım. Möhtəşəm kollektiv, güclü müəllim və mentorlar ilə dərslər həm maraqlı, həm də anlaşılan olur. Hal-hazırda C# ilə Back-End proqramlaşdırma kursu üzrə təhsil alıram və JED Academy kollektivindən çox razıyam. Ətrafımda kurs axtarışında olan hər kəsə JED Academy-ni məsləhət görəcəyəm.
Lətif Babayev
Back-End proqramçı
“Front-End üzrə JED Academy-ə müraciət edərkən əvvəlcə şübhə içində idim. Amma dərslərə başladıqdan sonra JED Academy-nin düzgün seçim olduğunu anladım.
Kurs heyəti çox səmimi ve mehriban insanlardır. Demək olar ki, dərslər haqqında hər ay bizim fikirlərimizi, dərslərin necə keçirilməsi, təlimçi ve mentorların haqqında narazı olub-olmadığımızı, dərs videolarının keyfiyyəti haqqında fikirlərimizi alırlar, bir problem olduqda aradan qaldırırlar.
Müəllim heyəti gənc olmasına baxmayaraq çox savadlı insanlardır. Tələbələrə həm müəllim, həm də dost kimi yanaşmaları, dərsin izahı, dərsi tam şəkildə mənimsəyənə qədər bizimlə məşğul olmaları, hər bir sualın pozitiv cavablandırılması tələbələri motivasiya edir. Kursun rəhbərliyinə və başda Ramin müəllim olmaqla bütün müəllim və mentor heyətinə öz təşəkkürlərimi bildirirəm.”
Məhəmməd Eminov
Front-End proqramçı
Mən Front-End kursunu bitirdikdən sonra əldə etdiyim biliklərimin praktiki tətbiqində çətinlik çəkirdim. JED Academy ilə tanış olduqdan sonra instruktor və mentorların köməyi ilə artıq real layihələr işləməklə proqram biliklərimi daha da inkişaf etdirib, gələcək iş həyatına hazır olmağım üçün çox gözəl şərait yaratdı. JED Academy ailəsinə və müəllim kollektivinə təşəkkürümü bildirirəm!
Elçin Quliyev
Front-End proqramçı
JED Academy-də mənə təcrübəli müəllimlər tərəfindən tədris edilən Front-End təcrübə proqramı mənim üçün çox faydalı oldu. Burada Front-End developer kimi lazım olan bütün bilik və bacarıqları səviyyəli şəkildə öyrəndim. JED Academy-nin tədris metodundan və mentorlarından çox razı qaldım və bu kursu hər kəsə tövsiyə edirəm. Müəllimlərə və kollektivə dərin minnətdarlığımı bildirirəm. Hamınıza uğurlar arzu edirəm!
Rüfət Əliyev
Front-End proqramçı
JED Academy-ni çox sevdim. Front-end proqramlaşdırmanı öyrənməkdə mənə çox kömək etdilər, müəllimim bütün mövzuları çox yaxşı izah edirdi , çətinliklərim olduqda hər zaman yanımda idi. Təşkilatçılıq tərəfdən də hər şey yüksək səviyyədədir, bir sözlə keçdiyim kursdan çox razı qaldım . Dərslərdə həm yeni mövzuları öyrənirdik, həm də öyrəndiklərimizi praktika edirdik, saytlar, oyunlar yığırdıq, çox maraqlı keçirdi dərslər. Hər şey üçün sizə təşəkkür edirəm JED Academy, Xüsusi ilə Əlinemət müəllimin əziyyəti danılmazdır ,həqiqətən bir nömrəsiniz."
Eyyub Bayramov
Front-End
Proqramlaşdırmaya marağım 3 il öncə yaranıb. Əvvəl özüm evdə youtube.com, udemy.com saytlarından öyrənirdim. Daha sonra müəllim yanına getdim və müəllimin dərs keçməyi məni qane etmirdi. JED Academy kursu ilə tanış olduqdan sonra bu kursa yazıdım və dərs videolarına baxdım. Dərsi incəliyinə qədər izah edilməsi, tələbə ilə dost münasibət qurulması, tələbənin başa düşmədiyini dəfələrlə izah edilməsi. Bunların hamısı məni motivasiya etdi.
İdris Vəliyev
Front-End proqramçı
JED Akademy ilə tanış olduqdan sonra Front-End'in çox maraqlı və necə geniş miqyaslı bir sahə olduğunu öyrəndim. Peşəkar müəllimlər sayəsində bu sahənin dərinlik və incəliklərini öyrəndim. Həmçinin onların verdiyi motivasiya və dərsdə yaratdıqları pozitiv ab-hava mənə bu yolda dəstək oldu. Təcrübə programı biliklərimizi dahada inkişaf etdirib, gələcək iş həyatına hazır olmağımız üçün çox gözəl şərait yaradır. Jed Academy-də keçirdiyim aylar ərzində yeni biliklər və təcrübələr əldə etdim, müəllimimizin bizimlə öz təcrübələrini bölüşməyidə bizim hazır olmağımıza yol açdı . Problemleri optimal yol ilə həll etməyi və real çətinliklərlə üzləşməyi öyrəndim . Bu cür yüksək keyfiyyətli tədris mərkəzi ilə tanış olduğum üçün çox şadam. Təşəkkürlər JED Academy!
Aynur Sədrayeva
Front-End proqramçı
Jed academy-ə qoşulmamışdan öncə müəyyən təcrübəm var idi lakin həmişə yazdığım koda skeptik yanaşırdım və eyni zamanda real proyektər üzərində işlərimin olmaması həmişə məni narahat edir hətta zamanla həvəsdən düşürdüm. Akademiyaya qoşulduqdan sonra instruktor və mentorların köməyi ilə artıq real layihələr yazmaqla yanaşı daha səliqəli "clean code" prinsiplərinə riayət edən kodlarlarla proyektlər yazmaq mənim özgüvənimi və motivasiyamı artırdı. Buda təbii olaraq məhsuldarlığıma müsbət təsir etdi. Bundan başqa akademiyada verilən tasklar, challenge-lar, müxtəlif dərəcəli alqoritmik məsələləri nəzərdən keçirmək və həll etmək mənim proqramçı kimi inkişafıma müsbət təsir etdi və daha yaxşı problem solving skills-ə sahib oldum.
Akademiyada peşəkar müəllim və mentor heyəti hər bir şəxsə individual yanaşır. Mənə daim dəstək olmaları və belə xoş mühit yaratdıqlarına görə Jed Academy kollektivinə təşəkkür edirəm və işlərində uğurlar arzulayıram
Rəhman Musayev
Front-End proqramçı
Düzünü desəm mənim üçün JED Academy tədris mərkəzini tapmaq elə də asan olmadı. Kurs araşdırarkən mənim üçün əsas meyar sistemli şəkildə dərslərin keçirilməsi, geniş auditoriyaya malik olması və təcrübəli müəllimlərin olması idi. Burada olan kollektiv və müəllimin qayğısı məni dərslərimi daha yaxşı qavramağa və daha çox mütaliyə etməyə vadar etdi. Ən əsası isə Akademiyada qayğıkeş və yardımsevər mentorların olmasıdır. Tədris mərkəzinə bizə bu şəraiti yaratdığına görə təşəkkür edirəm!
Sahib Novruzov
Back-End proqramçı
JED Academy-ni təsadüfən tapdığıma baxmayaraq gözləntilərimin artığını gördüm. Dərslərimiz çox səmimi və əyləncəli, eyni zamanda ciddi atmosferdə keçirdi. Əlinemət müəllim başda olmaqla bütün JED Academy-nin əməkdaşlarına təşəkkürümü bildirirəm. Əlinemət müəllim demişkən "bu son deyil, bu bir başlanğıcdır".
Səadət Şükürlü
Front-End proqramçı
Mən JED Academy-də Front-End üzrə 5 ay təhsil aldım. Bu kurs barədə o qədər müsbət fikirlərim var ki, ilk öncə JED Academy və kollektivinə çox təşəkkürümü bildirirəm. Müəllimlərin hər dərsi detaylı başa salması, eyni sualı dəfələrlə versək də bezmədən bizi öyrətməkləri, hər tapşırığımızın detaylı şəkildə yoxlanması, bütün kurs tələbələrinə səmimi və mehriban olduğunuz üçün, hər problemimizi həll etməyə çalışıb bizə köməklik göstərdiyiniz üçün çox sağolun. Yaxşı ki, JED Academy!
Səbinə Xəlilova
Front-End proqramçı
JED Academyada təcrübə proqramına qoşulduqdan sonra mən Frontend proqramlaşdırma sahəsindəki biliklərimi yüksək səviyyədə inkişaf etdirdim, burada təlimçilərimiz yüksek səviyyəli bilik və bacarıqlarını bizlərə aşılayırlar. Və inanıram ki JED Academya-daki təcrübə proqramını bitirdikdən sonra alacağım sertifikat mənə gələcəkdə yüksək iş imkanları yaradacaq.Minətdaram JED Academy!
Şahin Xasməmmədov
Front-End proqramçı
3 aydır ki JED Academy komandasının üzvüyəm. Burada biz komanda olmaqdan ziyadə həm də bir ailəyik. Frond End proqramçı üzrə həm kurs tədrisi aldım, həm də təcrübə imkanını dəyərləndirdim. Bu müddət ərzində bir çox real proyektlər işlədim. Mentorların dəstəyi və köməkləri, o cümlədən çox yaxşı iş həmkarı olmaqları bizlərə növbəti karyera hədəf və yollarını (roadmap) seçmək, müəyyənləşdirməkdə çox yardımçı oldu. Hər gün kod müsahibə və çətinlikləri (challenge) bizi sahədə real rəqabətə hazırlıqlı etdi. Təşəkkürlər JED Academy!
Fidan Nəcəfova
Front-End proqramçı
Mən 5 ay ərzində Front-end proqramlaşdırma üzrə biliklərə yiyələnmişdim amma bunları praktika etmək, təcrübə keçmək üçün uzun bir axtarışından sonra JED Academy təcrübə proqramı qarşıma çıxdı və müraciət etmək qərarına gəldim. Bu qərarımdan peşman olmadım. Mentor heyətinin xoş münasibətini, səlist izah etmə qabiliyyətini çox bəyəndim. Mehriban kollektivlə gözəl şəraitli yerdə təcrübə dərsləri keçirilir. Həm bilmədiyim mövzuları öyrəndim həm də bildiyim yazdığım kodların daha necə optimal qısa səliqəli yazıla biləcəyini. Sondada sertifikat ilə təmin edirlər. Real təcrübə və praktika qazanamaq istəyənlər üçün JED Academy Təcrübə Proqramını tövsiyyə edirəm. Üzrəmizdə əziyyətinizə görə Təşəkkür edirəm JED Academy!
Emin Abdullayev
Front-End proqramçı
JED Academy HTML, CSS, JavaScript kimi əsas veb texnologiyalar ilə birlikdə müasir frontend framework-ləri və kitabxanaları barədə məlumat verməkdədir. Müəllimlər sahədə təcrübəli mütəxəssis olaraq seçilmişdir. Təlimçilər kurs boyu tələbələrə, teorik biliklərini tətbiqi işlərdə təkmilləşdirməyə yardımçı olurlar. Müəllimlər, tələbələrin suallarını cavablandırmaq və irəliləyişini izləmək üçün kifayət qədər onlara dəstək olurlar. Bu kurs, əvvəlcədən başlayan və müəyyən bilik səviyyəsində olan iştirakçılar üçün bacarıqlarını inkişaf etdirə biləcəkləri bir mühit təqdim edir.
Şamil Vasiyev
Front-End proqramçı
JED Academy-də təcrübə proqramı sayəsində real layihələr üzərində işləyərək front-end üzrə boşluqlarımı, çətinlik çəkdiyim hissələri aradan qaldırmağı bacardım və biliklərimi daha da dərinləşdirdim. Həqiqətən peşəkar müəllimlərə və çox gözəl kollektivə sahib bir kursdur. JED Academy ailəsinə təşəkkürümü bildirirəm və təcrübə toplamaq istəyənlərə tövsiyə edirəm.
İlkanə İmamquluyeva
Front-End proqramçı
JED Academy tərəfindən başlayan bu təcrübə proqramı olduqca maraqlı bir proqram oldu. Qısa müddət ərzində Front-End proqramçı olaraq bir çox proyekt üzərində işləyib, praktiki biliklərimi artırdım. Düşünürəm ki, bu proqrama qoşularaq gələcək üçün yaxşı bir karyera qurmaq olar. Kursun bütün heyəti əsas da təlimçiləri öz işlərinə peşəkar hazırlaşmış təlimçilərdir. Nəzəri proqramlaşdırma öyrənib, təcrübə axtaran bütün gənc proqramçılara məsləhətim odur ki, JED Academy ailəsinə qoşulub orada davam etsinlər. Əməyinizə görə minətdaram JED Academy!
Osman Aslanov
Front-End proqramçı
JED Academy haqqında məlumatı bu sahə ilə məşğul olan dostlardan aldım. İnkişafa meyilli, daim yeniliklərə açıq olan kollektivi ilə tanışlıqdan sonra buranı əbəs seçmədiyimi özlüyümdə sübut etdim. Proqramlaşdırma ilə məşğul olmaq qərarını aldıqdan sonra, JED Academy-ya müraciət etdim. Bizə keçirilən alqoritmik baza biliklərindən başlayaraq, ən üst mövzulara qədər məlumat toplamağa, praktik olaraq tətbiq etməyə başladım. Zamanla özümdə inkişafı görmək məni daha da həvəsləndirdi. Bunun üçün bütün JED Academy ailəsinə təşəkkürümü bildirir və gələcək planlarında dayanıqlı və davamlı inkişaf yolu arzulayıram.
Ayxan Ələkbərov
Back-End proqramçı
Mən 6 ay Python Back-end üzrə JED Academy-də təhsil aldım. Bu kursa yazılmağım tamamilə bir təsadüf oldu. Bir kursdan gözlədiyim hər şeyi JED Academy-də tapdım. Xoş, gülərüz kollektiv, dərslərin maraqlı, əyləncəli, aktiv, sual-cavablı keçirilməsi və praktika dərslərinin üstünlük təşkil etməsi mənə çox şey öyrətdi. Dərslərimiz çox əyləncəli keçirdi, heç sıxılmadan, əylənərək öyrənirdik. Hələ bir şey də vardı ki, əlində çay, rahat stol və özünə aid bir kompüter. Bu kursda 6 ay boyunca aldığım təhsildən, yüksək səviyyəli tədrisdən çox razıyam. Yaxşı ki, sizi seçmişəm, ümumilikdə JED Academy ailəsinə təşəkkürlərimi bildirirəm!"
Anora Qaflanova
Back-End proqramçı
Kursların tədris metodları ilə çox maraqlanırdım. Meyarlarımdan ən əsası dərslərin sıxıcı, sönük formada deyil də, sual-cavablı, aktiv formada keçirilməsi idi. Buna görə də müxtəlif kursların sınaq dərslərində iştirak edirdim. Dostumun məsləhəti ilə JED Academy-də sınaq dərsinə qoşuldum və digər kurslardan fərqli olan abu-havanı burada hiss etdim: tədris, praktika və aktivlik, JED Academy qızıl nisbəti alındıra bilib. Biz kurs ərizndə həm öyrənirdik, həm də əylənirdik, daha doğrusu əylənərək öyrənirdik. Dərslər çox gözəl keçirilirdi və hər dərs çox informativ idi, bütün lazımi mövzulardan əhatə edirdi və bütün suallarıma cavab tapa bildim bu kurs ərzində. Yaxşı ki JED Academy-ni seçmişəm. Təşəkkür edirəm sizə hər bir şey üçün!
Orxan Vəlizadə
Back-End proqramçı
Səmimi olaraq öz fikirlərimi bölüşmək istəyirəm. Kursda 6 ay peşakar müəllim tərəfindən dərs aldım və aldığım təhsil, müəllimin bizimlə bölüşdüyü dəyərli təcrübələrə görə minnətdaram. Bu akademiyadakı müəllim heyəti, kollektiv çox gülərüz, istiqanlı və çox səmimidirlər. Bu kursda Backend proqramçı olaraq təhsil aldım, həm aldığım təhsildən həm şəraitindən həmdə bizə təqdim etdikləri yüksək səviyyəli tədrisdən çox razıyam. Yaxşıki bu kursu seçmişəm, ümumilikdə JED-Academy ailəsinə dərin təşəkkürlərimi bildirirəm!
Məmməd Rzayev
Back-End proqramçı
"JED Academy" mənim qəlbən inanaraq yazıldığım donanımlı bir kursdur. Kursun müəllimləri çox cana-yaxın və səmimi olmaqla bərabər, etdikləri işin sözün əsl mənasında fəlsəfəsini bilən peşəkar proqramçılardır. Klassik və tipik cümlələrdən uzaq duraraq fikirlərimi sizinlə bölüşərək demək istərdim ki, bizim müəllimlər kurs əhval-ruhiyyəsini günlük həyat ab-havasına çevirməklə bizim onlarla quracağımız ünsiyyəti çox asanlaşdırırlar. Kursun sillabusu ilə bərabər, bizə gələcək karyera həyatımızda götürəcəyimiz müsahibələrə aid taktiklər və yollar da öyrədirlər. Nəzəriyyə oxumadığım və tapşırıqları yerinə yetirmədiyim dərslər olmuşdu, bu zamanlarda müəllimin mənə verdiyi nəsihətlər və silkələməyə çalışması bu kursun həqiqətən mənə nə dərəcə inkişaf-yönümlü olduğunu göstərdi.
Əgər siz də proqramlaşdırma üçün səmimi bir ortam axtarışındasınızsa, bu kursu sizə tövsiyə edirəm. Proqramlaşdırma öyrənmək istəyən hər kəsə bu kursa qoşulmağı təklif edirəm və proqramlaşdırma sahəsində uğur qazanmaq istəyənlər üçün "JED Academy" ən yaxşı başlanğıc olacaq.
Seymur Zeynallı
Back-End proqramçı
JED Academy'də bitirdiyim Backend proqramlaşdırma kursunun yüksək səviyyədə keçirilməsindən çox razı qaldım. Olduqca təcrübəli, məsuliyyətli və tələbə ilə səmimi olan müəllim heyətinin bu təlim-tədris mərkəzində mövcudluğu məni dərindən və yüksək motivasiya ilə backend proqramlaşdırmanı öyrənməyə kömək etdi. JED Academy'ə uğurlar arzu edirəm.
Aslan İbadullayev
Back-End proqramçı
Mən JED Academy ilə uzun müddət kurs axtarışı etdikdən sonra qarşılaşdım. Programlaşdırmaya çox həvəsli idim və artıq biryerdən başlamalı olduğumu bilirdim. Ama qərarsız idim ,çünki çox məlumatım yox idi bu sahəyə, çətinlik çəkəcəyimi düşünürdüm amma kursa başlayandan sonra düşüncələrim dəyişdi. Önəmli olan,dərslərin keyfiyyəti, mövzuların necə izah edilməsidir. Məllimlərin izah etmə qaydası çox rahat və tez anlaşılandır. JED Academy-dən və müəllimlərdən razıyam. Hərkəsə tövsiyə edirəm. Təşəkkürlər JED Academy !
Ramiz Şəfiyev
Back-End proqramçı
Uzun müddət kurs axtarışım zamanı mənə uyğun meyarlarda olan kursu tapmağa çətinlik çəkirdim. JED Academy-də sınaq dərsinə qoşulan zaman fərqli atmosferi hiss etdim. Və, qoşulandan sonra da yanılmadığıma əmin oldum! Biz bu kursda həm əylənirik, həm də öyrənirik. Dərslər çox gözəl keçirilir və çox razıyam. Dərs zamanı hər bir detalı çox aydın formada öyrənirəm. Yaxşi ki, JED Academy-ni seçmişəm. Həqiqətən karyeram üçün uğurlu bir addımdır. Təşəkkürlər JED Academy!
Kənan Abdulhəsənov
Back-End proqramçı
Kurs haqqında deyim ki, çox informativ, hər lazım olan mövzulardan ibarət olub və bütün suallarıma cavab tapdığım kursdur. Ən çox razı qaldığım elə Əlinemət müəllim oldu. Çünki, o həqiqətən təcrübəli işçi və təcrübəli müəllim kimi maksimal dərəcədə bizə ən vacib nüansları öyrətdi. Hər şeyə görə çox sağ olun, JED Academy ailəsi!
Aleksey Pervakov
Front-End proqramçı
İlk dəfə JED Academy ilə mən instaqramda tanış oldum. Kursun ilk günlərində bizə proqramlaşdırmanın nə olduğunu sadə şəkildə izah etdilər və müəllimin bilik səviyyəsi, nizam-intizamı yüksək səviyyədə olması məni çox razı saldı. Dərslər əyani və ya onlayn şəkildə keçirilirdi, hətta evə verilən taskların qiymətləndirilməsi tələbələrdə böyük həvəs yaradırdı. Bizim üçün bu şəraiti yaratdıqlarına görə JED Academyə dərin təşəkkürlərimi bildirirəm!
Şahmurad Babayev
Front-End proqramçı
Kurs müəllimləri çox canayaxın və hazırcavab idilər. Kursda tələbənin biliyinə yönəlik olaraq ədalətli davranırlar. Məncə bu çox məntiqli bir hərəkətdi, yəni demək istədiyim bilmədiyini sənə aşikar olaraq xəbər verir, o yöndə istiqamət verirlər. Qiyməti bir kursa görə kifayət qədər münasibdir. Bununla belə düşünürəm ki tələbə üçün hər zaman köməyə hazır heyətdən daha qiymətli bir şey yoxdur. Əgər buranın digər yerlərdən ən önəmli fərqini göstərmək lazım gələrsə, müəllimləri tərifləmək bəs edər. Hər şeyə görə çox sağolun JED Academy!
Elçin Eyvazlı
Front-End proqramçı
Mən JED Academy tədris mərkəzində front-end proqramlaşdırmanı müəllimimin dinamik dərsləri, maraqlı yollarla hər kəsə aydın və tam izahı, çətinlik olanda hər suala cavab verməsi sayəsində öyrəndim. JED Academydən həmçinin mehriban komanda, dostlar qazandım. Front-end proqramlaşdırmanı öyrənmək istəyən hərkəsə JED Academy-ni tövsiyə edirəm.
Mehdi Şirzadli
Front-End proqramçı
JED Academy-də Frontend kursumu daha da gücləndirdim, həm də mehriban kollektiv qazandım. Maraqlanan hərkəsə mütləq şəkildə tövsiyə edəcəyim tək tədris mərkəzi olcaqdır. Təşəkkürlər JED Academy!
Səid Zahidov
Front-End proqramçı
Jed Academy-dəki təcrübə proqramına başlayanda, müəyyən qədər front-end biliklərim vardı. Amma, bu biliklər peşəkar karyera üçün yetərli deyildi. JED Academy təcrübə proqramı sayəsində biliklərimi daha da dərinləşdirdim və artıq kodu necə yazacağımı bilirəm! Üzərimizdə çəkdikləri zəhmətlərə JED Academy ailəsinə və səmimi müəllim kollektivinə (xüsusilə Amil və Əlinemət müəllimə) mənə verdikləri şəxsi dəstəkdən ötrü minnətdarlığımı bildirirəm.
Fərid Haşımzadə
Front-End proqramçı
İstərdim Sizə JED Academy-nin mənə verdiyi təcrübə və bacarıqlardan bəhs edim. Orta təhsilimi bitirdikdən sonra , Front-end sahəsi ilə maraqlandım və self-study edərək müəyyən biliklər əldə etdim. Amma peşəkar təcrübə əldə etmək üçün bunlar çox az idi və mən təcrübə proqramı axtarışına başladım və bir neçə kurs arasından təklifləri ilə fərqlənən JED Academy-ni seçmək qərarına gəldim. Artıq 3 aylıq təcrübə proqramını bitirdim, indi isə freelance layihələr əldə edərək öz gəlirimi qazanıram. Bu yolda mənə verdikləri dəstəyə görə başda JED Academy-nin rəhbəri Rauf bəy olmaqla bütün kollektivə sonsuz təşəkkürlərimi bildirirəm.
İntiqam Şumalov
Front-End proqramçı
Frond-end proqramlaşdırma üzrə onlayn kursu bitirib müəyyən biliklər qazandıqdan sonra, biliklərimi daha da artırmaq üçün təcrübə proqramı axtarırdım. Beləliklə JED Academy təcrübə təlimləri ilə tanış oldum və qeydiyyat üçün müraciət etdim. Təcrübə proqramında ən önəmlisi real layihələrdə, real iş mühitində işləməyimiz və müasir proqramlaşdırma texnologiyalardan istifadə etməyimiz idi. Proqram sayəsində real layihələr üzərində işləyərək frond–end üzrə boşluqlarımı, çətinlik çəkdiyim hissələri, qüsurlarımı aradan qaldırmağımı bacardım. Bu müddət ərzində JED Academy-nin müəllimləri Amil və Əli müəllim çoxluca yardım edir və proqramlaşdırmanın incəliklərini bizə başa salırdı. JED Academy ailəsinə dərin təşəkkürlərimi bildirirəm.
Elvin Sərkərov
Front-End proqramçı
Front-end kursunu bitirdikdən sonra əldə etdiyim biliklərimin praktiki tətbiqində çətinlik çəkirdim. Müxtəlif kurslar ilə maraqlanmışdım, JED Academy-nin bu sahə üzrə digərlərindən bir sıra üstünlükləri olduğunu gördüm. Burada real layihələr üzərində işlənilir, biliklərin layihələrdə düzgün tətbiqi və yeni bilik və texnologiyaların öyrənilməsi üçün təcrübəli proqramçılar təcrübə keçənlərə fərdi olaraq dəstək olurlar. Bu imkanı yaratdığına görə başda Rauf bəy olmaqla JED Academy kollektivinə təşəkkür edirəm və təcrübə keçmək istəyənlər üçün tövsiyə edirəm.
Nazim Şıxkərimov
Front-End proqramçı
JED Academydə keçdiyim frontend təcrübə proqramında müəllim və mentorların sayəsində real iş təcrübəsini və düzgün kod yazmağı öyrəndim. Bu proqramı digərlərindən fərqləndirən tərəfləri isə, intensiv olması, sualıma anında cavab gəlməsi və səmimi ortamdır! Proqrama qoşulmaqla kolleqa əlaqələrim də artdı. Mənə onlarla yeni dost və kolleqa qazandırdı ki, bilənlər bilir bu necə üstünlükdür. Bütün bunlara görə, Sizə sonsuz təşəkkürlərimi bildirirəm, JED Academy ailəsi!
Bayram Musayev
Front-End proqramçı
JED Academy-ni çox sevdim, Front-end proqramlaşdırmanı öyrənməkdə mənə çox kömək etdilər, müəllimim çox yaxşı izah edirdi bütün mövzuları, çətinliklərim olduqda hər zaman yanımda idi. Təşkilatçılıq tərəfdən də hər şey yüksək səviyyədədir, bir sözlə çox razı qaldım keçdiyim kursdan. Dərslərdə həm yeni mövzuları öyrənirdik, həm də öyrəndiklərimizi praktika edirdik, səhifələr, saytlar, oyunlar yığırdıq, çox maraqlı keçirdi dərslər. Hər şey üçün sizə təşəkkür edirəm JED Academy, həqiqətən bir nömrəsiniz."
Namiq Planov
Front-End proqramçı
Altı aydır ki Frontend proqramlaşdırma sahəsində idim, online kursların birindən məzun olduqdan bir müddət sonra işə qəbul oldum, lakin verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməkdə çətinlik çəkirdim.Buna görə də nəyinki təcrübəmi artıra bilmirdim, hətta stress keçirirdim. İş yoldaşlarıma yardım üçün müraciət edirdim, amma çoxlu sual verəndə onların da narahat olduğunu hiss edirdim. JED Academy-nin təcrübə proqramı haqqında eşidəndə əlaqə saxlamağı qərarlaşdırdım.Zəng etdiyim zaman onlarda peşəkarlıq səviyyəsini hiss etdim.Əvvəlki iş yerimdən ayrılıb, təcrübə proqramına JED Academy-də qoşuldum, burada bir çox şey öyrəndim və təcrübə topladım. Təşəkkür edirəm burada çalışan hər kəsə, gözəl bir təcrübə proqramı yaratmısınız.
Qulam Səmədli
Front-End proqramçı
JED Academy-də full-stack proqramlaşdırma öyrənmişəm, burada hərcür şərait mövcuddur. Təcrübəli müəllim və mentor heyyəti ilə çalışırsınız dərslər isə maraqlı və başa düşülən keçirilir. Müəllim hər kəslə dost münasibəti ilə rəftar etdiyindən hər hansı bir sualınız yarandıqda istənilən vaxt çəkinmədən verə bilirsiniz. Proqramlaşdırma sahəsinə başlamaq və ya biliyinizi inkişaf etdirmək istəyirsinizsə JED Academy məsləhət görülür.
Ülvi Eyvazov
Fullstack proqramçı
JED Academy-də peşəkar və təcrübəli müəllimlər tərəfindən tədris edilən Backend proqramlaşdırma kursu mənim üçün çox faydalı və uğurlu oldu. Backend developer olmaq üçün lazım olan bütün bilik və bacarıqlar burada yüksək səviyyədə öyrədilir. Tədrisimdən çox razıyam və hər kəsə JED Academyni məsləhət görürəm! Arzu edirəmki ölkəmizdə bütün tədris mərkəzləri və kurslar bu səviyyədə olsun. JED Academy müəlimlərinə və kollektivinə dərin minnətdarlığımı bildirirəm, yaxşı ki varsız, uğurlar arzu edirəm sizə🙂
Əlican Mirzəyev
Back-End proqramçı
Mən JED Academy-də Fullstack proqramlaşdırmanı öyrəndim. Jed Academy hər kəsə məsləhət görə biləcəyim bir tədris mərkəzidir. Hər kəsə məsləhət görməyimə səbəb JED Academy-nin peşəkar və səmimi bir komandaya malik olması, dərslərin hər kəsə aydın formada izah olunması və maraqlı metodlarla izah olunmasıdır. Proqamlaşdırma sahəsinə marağı olan hər kəs üçün əvəzolunmaz tədris mərkəzidir!
Xədicə Abbasova
Fullstack proqramçı
JED Academy sayəsində Frontend-lə daha yaxından tanış oldum. Hər dərs qarşıma çıxan yenilikləri öyrənmək, yaratmaq, onlara rəng qatmaq mənə zövq verdi. Beş ay müddətində göstərdiyiniz qayğı və diqqət üçün təşəkkürlər JED Academy ailəsi. Mənim üçün qiymətli və əzizsiniz!
Səbuhə Qənbərova
Front-End proqramçı
Mən JED Academy-də Backend üzrə 6-ay təhsil aldım. Uzun müddətli kurs axtarışından sonra nəhayət doğru və gələcək üçün karyera sahibi ola biləcəyim ünvanı tapdım. JED Academy-də başladığım zamandan bu günə qədər gözəl, mehriban və səmimi kollektivlə xüsusilə də canını bu işə qoyan, gec saatlarda belə olsa suallarımızı cavablandıran insanlarla tanış oldum. Dərslərin keyfiyyətindən, keçirilmə şəraitindən çox razıyam. Təhsilə yaradılan şəraitə görə rəhbərliyə və üzərimdə əziyyəti olan müəllimimə təşəkkür edirəm.
Namiq Quliyev
Back-End proqramçı
JED Academy kollektivinə keyfiyyətli təhsil üçün öz təşəkkürümü bildirirəm. Göstərdikləri diqqət və nəvaziş sayəsində tələbələr yüksək nailiyyətlər əldə edirlər. JED Academy tələbəsi olaraq tədris mərkəzindən çox razı qaldım. Uğurlar Jed academy.
Rəvan Rəhimli
Fullstack proqramçı
Mən Fullstack proqramlaşdırmanı JED Academy-də öyrəndim. İstər müəllim kollektivi olsun, istərsə də dərslərin keçirilmə şəraiti olduqca yaxşıdır. Kursa başlayarkən proqramlaşdırma sahəsindən heç anlayışım yox idi, lakin təlimçinin gözəl izahetmə bacarağına görə mən proqramlaşdırmanı çox rahat öyrənə bildim. Burada həm nəzəri həm də praktiki tərəfdən biliklər əldə etdim. Mənə JED Academy-ni yaxın bir dostum tövsiyə etmişdi, o da burada təhsil almışdı. Mənim də hər zaman tövsiyə edəcəyim ilk yer JED Academy olacaq. Real Bilik, Real Təcrübə!
Gülhüseyn Albalıyev
Fullstack praqramçı
JED Academy-də Fullstack üzrə təhsil aldım. Bu sahəyə başlamazdan əvvəl biliklərim çox aşağı idi, lakin JED Academy-ə qoşulduqdan sonra özümdəki inkişafı gördüm. Dərslər gözəl şəraitdə və təcrübəli müəllimlər tərəfindən keçirilir. Hər hansı bir çətinlik yaşadıqda müəllimimiz bizə kömək olurdu. Bu sahəyə marağı olanlar üçün çox yaxşı tədris mərkəzdir.
Vüqar Qurbanov
Fullstack praqramçı
JED Academy haqqında bunları deyə bilərəm ki, təcrübəli müəllimlər, güləriz kollektiv və münasib qiymətə tədris mərkəzi tapmaq çətindir ancaq JED Academy bu imkanları sizə verir. Aldığım təhsildən, müəllimimdən və tədris mərkəzdən çox razı qaldım. Təşəkkürlər JED Academy.
Heydər Hüseynov
Back-End proqramçı
Mən JED Academy tədris mərkəzindən çox razı qaldım, səbəbinə gəldikdə isə dərsləri çox qəşəng izah edən müəllim və ən əsası müəllim sıxılmamağımız üçün dərsi maraqlı üsullarla başa salırdı. Təşəkkürlər JED Academy!
Nicat Vəliyev
Fullstack proqramçı
Əgər proqramlaşdırmaya həqiqətən ciddi yanaşırsınızsa o zaman sizə JED Academy -ni məsləhət görərdim
Mehriban kollektiv hər bir şagirdə diqqət qayğı (tək kurs vaxtı deyil günün istənilən vaxtı) metodikası öyrətmək qabiliyyəti əla səviyyədə olan müəllimlər mentor dəstəyi sınağ dərs təcrübə proqramı bir tələbənin öyrənməsi üçün bütün əlverişli şərait
Təşəkkürlər sizə JED Academy
Vasif Daşdəmirli
Front-End proqramçı
Zülfü İsmayılzadə
Front-End proqramçı
Proqramlaşdırma üçün kurs seçimi edərkən çox qərarsız qalmışdım, çünki bu sahədə tədris təklif edən mərkəzlər çox idi. JED Academy-də Front-End proqramlaşdırma kursuna yazıldım və dərslərə başladıqdan sonra elə ilk həftədə düzgün qərar verdiyimi anladlm, çünki tədris metodikası məni hər dəfə daha həvəslə dərslərə gəlməyə sövq edirdi.
Tədris müddətimin sonunda yeni başlamış Front-End qrupuna mentor təyin edildim, bunun hesabına Front-End biliklərimi və təcrübəmi daha da artıra bildim, bu mənim üçün yaxşı bir təcrübə oldu. Daha sonra Yelo Bankdan mənə təklif gəldi və burada işə düzəldim, hal-hazırda da Yelo Bankda bu sahə üzrə çalışıram. Təşəkkür edirəm sizə hər şey üçün JED Academy təlimçiləri, mentorları, rəhbərliyi və bütün digər əməkdaşları.
Zamiq Məmmədzadə
Front-End proqramçı
Süleyman İsmayılov
Fullstack proqramçı
Mükəmməl kollektiv,rahat tədris şəraiti.Tədris müddətində Frontend sahəsinin bütün incəliklərinə yiyələndim və kursu bitirdikdən sonra təcrübə proqramına göndərildim.JED Academy-ni seçdiyimə görə də çox xoşbəxtəm.
Rza Şirinov
Front-End proqramçı
Mən bu tədris mərkəzin tələbəsi oldum, kurs axtaranlara məsləhətim budur ki, tam əminliklə bu kurslara qoşula bilərsiniz. müəllimimin gülərüz, şən, yaxşı dərs başa salma qabiliyyətinə malik və ən əsası da, işini yaxşı bilən biridir. Ev tapşırıqları ilə nə zaman çətinlik yaranarsa, canla başla kömək edir. Bir ay bundan qabaq mən özüm kurs axtaranda qərar verə bilmirdim hansına müraciət edim. Bəzilərində dərs günləri və ya dərs saatları az olurdu, bəzilərində də qiymət baha olurdu. Burda isə dərs günləri çox və qiymətidə münasibdir.
Rasim İsmayılov
Front-End proqramçı
İlkin Quluzadə
Fullstack proqramçı
Tam səmimi olaraq, bu Academy’a haqqında danışacağım müsbət şeylər çoxdur. Hansından başlayım bilmədim. Mehriban kollektiv,təcrübəli və peşəkar müəllim heyəti, yüksək səviyyədə keçrilən dərslər, daimi mentor dəstəyini deməsəm olmazdı. Beş ay Front-end developer olaraq tədris aldım həddindən artıq çox məmnunam, istər keçirlən dərsin keyfiyyətindən istərsədə dərsin keçirilmə şəraitindən və kursu bitirdikdən 1 gün sonra təcrübə proqramına yönləndirildim bunun üçündə ayrıca sevincliyəm bunun üçün başda kursun rəhbərinə və müəllimimə, ümumilikdə JED Academy-ə kollektivinə təşəkkürümü bildirirəm!
Ceyhun Şərəfxanov
Front-End proqramçı
Aytən Hüseynova
Front-End proqramçı
Mən JED Academy'də 6 ay təhsil almışam və təcrübələrimə əsasən deyə bilərəm ki, Jed Academy'də həqiqətən öz işini bilən müəllimlər çalışır. Grupda 6 nəfər olmağımıza baxmayaraq müəllimin hər kəslə fərdi məşğul olması və hər kəsə öz biliklərini mükəmməl şəkildə çatdırması biz tələbələri də motivasiya edir həmdə inkişaf etməyimizdə böyük rol oynayırdı. Öyrəndiyim hər şeyə görə və yığdığım təcrübəyə görə təşəkkürlər Jed Academy!
Aybəniz Abasova
Front-End proqramçı